SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

YAP Babək Rayon Təşkilatının təsis olunmasının 25 illiyi qeyd edilib

31-01-2018, 12:51 | Oxunub: 13 434 |

 YAP Babək Rayon Təşkilatının təsis olunmasının 25 illiyi qeyd edilib

Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası çox mürəkkəb tarixi şəraitdə yaradılıb. 1992-1993-cü illərdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gedib. Partiyanın Babək Rayon Təşkilatı isə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə 1993-cü il yanvar ayının 30-da təsis olunub.

Emtv.az xəbər verir ki, bunu Babək Rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis olunmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov səsləndirib.

Təşkilat sədri xatırladıb ki, yaradılmasının 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı dahi rəhbərimiz Heydər Əliyevin iştirakı ilə keçirilib. Ulu Öndər konfransda çıxış edərək mövcud tarixi şəraitdən, ictimai-siyasi vəziyyətdən, yeni yaradılan rayon təşkilatı qarşısında duran vəzifələrdən danışıb.


“2017-ci ildə rayonda partiya sıralarına 111 nəfər qəbul olunub ki, onlardan 85-i gəncdir. Hazırda rayon üzrə 55 ərazi ilk partiya təşkilatı öz ətrafında 6 min 748 partiya üzvünü birləşdirir. Onlardan 2822 nəfəri qadınlar, 2292 nəfəri isə gənclərdir” – deyən İsa Məmmədov Babək qəsəbəsi və kəndlərdə yerləşən ərazi ilk partiya təşkilatlarının hər cür şəraitlə təmin olunmuş müasir inzibati binalarda fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək deyib ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda da aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edib.

“Yeni Azərbaycan Partiyasının uğurları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonunu da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə hər il rayonun qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, məktəb binaları tikilir, yaşayış məntəqələri abadlaşdırılır, körpülər, yollar salınır, yeni iş yerləri açılır” – deyən Rasim Hüseynov, 2017-ci ildə rayon icra hakimiyyətinin inzibati binasında yenidənqurma işləri aparıldığını, Ali Məclis Sədrinin iştirakı ilə Nehrəm kəndində Heydər Parkı və üzümçülük təsərrüfatının istifadəyə verildiyini vurğulayıb. Qeyd edib ki, Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol, eləcə də su-kanalizasiya sistemləri yenidən qurulub. Bundan başqa, rayonun ucqar dağ kəndlərindən olan Payızda və Gərməçataqda kompleks quruculuq tədbirləri reallaşdırılıb, əhalinin rahatlığı təmin edilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında bildirib ki, 25 illik tarixə və böyük siyasi nüfuza malik Yeni Azərbaycan Partiyasının əsasının Ulu Öndər tərəfindən doğma diyarımızda qoyulması hər birimiz üçün qürurvericidir. Bu gün Babək rayonunda da partiya sıraları gəncləşir, üzvlər Heydər Əliyev ideyalarının gerçəkləşməsində yaxından iştirak edirlər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, təşkilatın Gənclər Birliyinin sədri Elnur Abbasov və Nehrəm kənd ərazi ilk partiya təşkilatının sədri Tofiq Abutalıbov çıxış ediblər.

Sonra partiya üzvlüyünə yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub. Şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR