SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ötən il muxtar respublikaya 410 mindən çox turist gəlib

31-01-2018, 12:44 | Oxunub: 10 505 |

 Ötən il muxtar respublikaya 410 mindən çox turist gəlib

Ötən il muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.

Emtv.az xəbər verir ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilib, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilib, görkəmli sənət adamlarının yubileyləri qeyd olunub. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaradıb.

Ötən il qədim diyarımızda muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər davam etdirilib. Bu məqsədlə Şahtaxtinskilər muzeyi yenidən qurulub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamının icrası ilə bağlı hazırlıq işlərinə başlanılıb. Muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak edib, muzeylərə 1340 eksponat daxil olub.

Qədim diyardakı muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 nəfər ziyarət edib.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin günün tələbləri səviyyəsində qurulması diqqətdə saxlanılıb, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi üçün bir sıra işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamının icrası ilə bağlı kitabxanalarda müvafiq kitab guşələri yaradılıb, 31 kitab müzakirəsi keçirilib. 2017-ci ildə muxtar respublikanın kitabxanalarına 301 adda 13 min 224 nüsxə çap məhsulu daxil olub. Kitabxanalarda 552 mədəni-kütləvi tədbir, 441 sərgi reallaşdırılıb. “Kitabxana işinin təşkili və müasir tələblər mövzusunda” kurslar keçirilib, 96 kitabxana əməkdaşına sertifikatlar təqdim edilib

2017-ci ilin sonlarında yekunlaşan “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” də maraqla qarşılanıb. Müsabiqənin 22 iştirakçısından 11-i əsas tura vəsiqə qazanıb. Qaliblər və fərqlənənlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanları ilə təltif ediliblər.

Teatr kollektivlərinin hazırladıqları yeni tamaşalar muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyətə malik olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ə.Əmirlinin “Onun iki qabırğası”, M.Metterlinqin “Göy quş”, H.Cavidin “İblis” tamaşaları səhnəyə qoyulub. Naxçıvan Dövlət Kukla Teatrı isə “Niyyət açarı”, “Göyçək Fatma”, “Keçinin qisası” tamaşaları ilə balacaların görüşünə gəlib. Naxçıvan Dövlət Uşaq Teatrı “Balaca şahzadə”, “Bizə Şaxta baba və dovşan lazımdır”, “Özgəsinə quyu qazan” tamaşalarını hazırlayıb.

Naxçıvan Dövlət Film Fondu da muxtar respublika əhalisinin asudə vaxtının mənalı və səmərəli keçirilməsində fəal iştirak edib, “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarında 14 film nümayiş olunub.

Naxçıvan Kulinariya Mərkəzi milli mətbəximizin öyrənilməsi və təbliği istiqamətində işini davam etdirib. Mərkəz Naxçıvan diyarının kulinariya mədəniyyətinə aid nümunələrin toplanmasında fəal iştirak edir. Ötən il 58 mətbəx nümunəsi və milli mətbəxlə bağlı 25 folklor nümunəsi toplanıb.

Turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, təbliğat işi gücləndirilib. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.

Emtv.az
 Ötən il muxtar respublikaya 410 mindən çox turist gəlib
 Ötən il muxtar respublikaya 410 mindən çox turist gəlib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR