17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanlı ailənin uşağı əllərindən alındı - ŞOK SƏBƏB
Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb.
Emtv.az xəbər verir ki, Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı metbuat.az-a müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib.
Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.
Həyat yoldaşı həm Norveç, həm də Rusiya vətəndaşı olduğu üçün ailə Rusiya səfirliyinə də müraciət edib. Hətta Rusiya telekanalları ailənin başına gələn hadisəni işqlandırıblar.
İndi Azərbaycanlı ata övladının ona geri qaytarılması üçün dövlət qurumlarından kömək istəyir.
Emtv.az