SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat

26-01-2018, 14:01 | Oxunub: 584 |

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.

Emtv.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub.
Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri – Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR