11 yan 15:13Oxunub: 502 |

Məşhur türk avtoritet Sedat Peker Lotu Quliyə üzrhaqlıq edib : Namiq Canıyev, “Şirinlər” mafiyası və 5 milyon dollarlıq sui-qəsdin şok təfərrüatları-FOTOLAR

Məşhur türk avtoritet Sedat Peker Lotu Quliyə üzrhaqlıq edib : Namiq Canıyev, “Şirinlər” mafiyası və 5 milyon dollarlıq sui-qəsdin şok təfərrüatları-FOTOLAR

Türkiyə mafiya dünyasının məşhur avtoriteti Sedat Peker “Şirinlər” qrupunun üzvlərinin Namiq Caniyevlə əməkdaşlıq etməsinə görə azərbaycanlı “qanuni-oğru” Nadir Səlifova (Quli) üzrhaqlıq edib.

Emtv.az xəbər verir ki, bu barədə Rusiyanın crimerussia.com saytı məlumat yayıb. Qeyd edək ki, 2016-cı ilin yayı Türkiyədə qətlə yetirilmiş azərbaycanlı “qanuni-oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev yerli kriminal qruplaşmanın başçısı Mehmet Sabri Şirinin tərəfdarları ilə birgə 2017-ci ilin noyabrında İstanbulun ticarət mərkəzində saxlanılmışdılar.

Saxlanılan şəxslərin “Quli”ni aradan götürmək planını müzakirə etdiyi iddia edilmişdi. Ümumilikdə 11 nəfər həbs olunmuşdu. Bir neçə gün əvvəl Namiq Caniyevin 4 azərbaycanlı ilə birlikdə məhkəmə qərarı ilə azadlığa buraxılması xəbəri yayılmışdı. Həmin şəxslər azadlığa buraxılsa da, onlara Türkiyəni tərk etmək qadağan olunub və məhkəmə işi yekunlaşanadək gündə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər.

Türkiyədə yaşayan “Quli” yerli kriminal aləmin nümayəndələri ilə sıx əlaqələrə malikdir. Bəzi məlumatlara görə, Quliyə düşmənləri Caniyev və onunla birlikdə saxlanılmış ştatlı killer “qanuni-oğru” Hacı Beyləqanskini (Talıbxanlı) həbsxanada olduğu müddətdə öldürməklə bağlı yardım təklif olunub. Ancaq məlum olduğu kimi Quli belə məsələləri müstəqil həll etməyi tərcih edir.
Təsdiqlənməmiş məlumata görə, “qanuni-oğru” Merab Canqlevadze himayə etdiyi Beyləqanskinin planları ilə bağlı xəbərdar olmaması haqda “Quli”yə and içib.

Pekerin Quliyə verdiyi izahata görə, “şirinlər”in kimi hədəf götürmələri barədə təsəvvürləri olmayıb. Sifarişin çox yüksək qiyməti onları şirnikləndirib. Quli üçün onlara 5 milyon dollar təklif olunub.

46 yaşlı Sedat Peker türk kriminal aləminin məşhur lideri kimi tanınır. O, prezident Rəcəb Tayyib Ərdoğana simpatiyası ilə bilinir və 2016-cı ilin iyulunda baş vermiş hərbi çevriliş cəhdinə qarşı çıxaraq qiyamın yatırılmasında kömək edib.

Peker bir neçə dəfə mühakimə olunub, xaricdə gizlənməyə məcbur qalıb. Onu hətta “Ərgənəkon” təşkilatı ilə əlaqədə ittiham ediblər.

Emtv.az
Məşhur türk avtoritet Sedat Peker Lotu Quliyə üzrhaqlıq edib : Namiq Canıyev, “Şirinlər” mafiyası və 5 milyon dollarlıq sui-qəsdin şok təfərrüatları-FOTOLAR
Məşhur türk avtoritet Sedat Peker Lotu Quliyə üzrhaqlıq edib : Namiq Canıyev, “Şirinlər” mafiyası və 5 milyon dollarlıq sui-qəsdin şok təfərrüatları-FOTOLAR
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Tanınmış şairə Gulşad Nurani
Tanınmış şairə Gulşad Nurani "Esmamedia TV"-nin yeni ofisində ad gününü qeyd etmişdir-FOTOLAR
Oxunub: 257
XƏBƏR LENTİ

Reklam
Məzənnə