10 iy 13:25Oxunub: 518 |

Elçin Quliyev sakinlərlə görüş keçirdi

Elçin Quliyev sakinlərlə görüş keçirdi
İyulun 9-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xudat şəhə¬rində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.

“EMTV.az” Dövlət Sərhəd Xidmətinin məlumatına görə xəbər verir ki, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhəd¬ya¬nı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xid¬mətinin aidiyyəti struktur qurum¬¬la¬rı¬nın rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar veril¬ib. Əksər məsələlər yerindəcə həllini tapıb.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl¬ma¬sı¬nın təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetiril¬mə¬sini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbər¬lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki¬lin¬dən razılıqlarını bildirib, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4170
XƏBƏR LENTİ

Reklam
Məzənnə