SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Yanlış məlumatlar işimizi çətinləşdirir” – İtkin düşən alpinistlərlə bağlı yeni açıqlama

30-12-2017, 15:13 | Oxunub: 9 741 |

“Yanlış məlumatlar işimizi çətinləşdirir” – İtkin düşən alpinistlərlə bağlı yeni açıqlama

“Ərazidə tez-tez qar uçqunları olduğundan izləri müəyyənləşdirmək olmur”.

Emtv.az xəbər verir ki, bunu mətbuata Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev deyib.

Onun sözlərinə görə, axtarışlar hər gün saat 06:00-dan 17:00-a qədər davam edir: “Axşam saat 17:00-dan sonra axtarış işləri dayandırılır. Çünki hava kəskin soyuq olduğundan axşam saatlarında axtarışların aparılması mümkün deyil. Burada bəzən -15-20 dərəcə şaxta müşahidə olunur. İtkin düşən alpinistlərin hərəkət ehtimalı olduğu ərazilərdə hər gün qazıntı işləri aparılır. Bəzi yerlərdə qar uçqununun dərinliyi 7-8 metrdir”.

Qərargah rəisi bildirib ki, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar axtarış işlərini çətinləşdirir: “Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır. Bu insanlarda çaşqınlıq yaradır və itkin düşən alpinistlərin yaxınlarına da mənfi təsir göstərir. Mən axtarışın rəhbəriyəm və hazırda dağın başındayam. Bu yalan məlumat yayanların məqsədi nədir?! Bir daha bütün KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini hər hansı məlumatı rəsmi təsdiqi olmadan yaymamağa çağırıram”.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR