30 dek 13:15Oxunub: 432 |

Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn yeni il münasibətilə təbrik etdi.

Emtv.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

Təbrikdə ötüb keçən ildə nəinki Rusiya-Türkiyə münasibətlərinin bərpa olunduğu, həmçinin ikitərəfli əməkdaşlıqda irəliləyişin olması qeyd olunub.

“Ölkələrimiz arasında sıx əməkdaşlıq Yaxın Şərqda terror təhlükəsinin gələcək yayılmasının qarşısının alınması yolunda etibarlı baryer və Suriya münaqişəsinin siyasi nizamlanmasının işə düşməsi üçün şərtlər yaratdı” – məlumatda belə deyilir.

Putin ikitərəfli, regional və beynəlxalq məsələlərdə konstruktiv dialoqun və aktiv birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı hazır olduğunu bildirib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə