SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qubada təqaüdçülərin pulunu oğurlayan şəxs saxlanılıb

28-12-2017, 16:52 | Oxunub: 11 016 |

Qubada təqaüdçülərin pulunu oğurlayan şəxs saxlanılıb

Daxili işlər orqanları tərəfindən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Emtv.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 26-da Quba rayonunun Yuxarı-Tülər kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də təqaüdünü almaq üçün “Kapitalbank”ın bankomatına yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.

Evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.

RPŞ əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.

İ. Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların üstü də açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.

Sözügedən faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Əgər İ. Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa;

Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR