SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İranda polislə etirazçılar arasında qarşıdurma baş verdi

28-12-2017, 15:29 | Oxunub: 1978 |

 İranda polislə etirazçılar arasında qarşıdurma baş verdi

İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər.

Avropa.info report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ruhaniyə ölüm, diktatora ölüm” şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.

Aksiya keçirilən yerə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar mitinqi dağıtmaq üçün xüsusi texnikadan, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Polis və etirazçılar arasında qarşıdurmaların olduğu barədə məlumat verilir.

Qeyd edək ki, İsfahan rəhbərliyi son 9 ay ərzində şirkətlərin iflas etməsi səbəbindən 26 mindən çox insanın işdən azad olunduğunu vurğulayaraq işsizlik böhranının daha da dərinləşməsi barədə xəbərdarlıq edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR