26 dek 23:47Oxunub: 230 |

Fransanın ən yaxşı futbolçusu bəlli oldu

Fransanın ən yaxşı futbolçusu bəlli oldu

Fransada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Emtv.az apasport.az-a istinadən xəbər verir ki, nüfuzlu "France Football" nəşrinin keçirdiyi sorğu nəticələri açıqlanıb.

Səsvermədə "Çelsi"nin yarımmüdafiəçi Nqolo Kante 92 səslə hər kəsi qabaqlayıb. Ondan cəmi 5 səs az yığan Kilian Mbappe ikinci olub. Üçüncü Karim Benzema isə 52 adamın etimadını qazanıb.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi ötən mövsüm də İngiltərə Premyer Liqasının ən yaxşısı olmuşdu.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 923
XƏBƏR LENTİ

Reklam
Məzənnə