SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Eldar Mahmudov yenə istintaqa çağırıldı – 1 milyard dollara görə dindirildi

15-12-2017, 15:46 | Oxunub: 8 431 |

Eldar Mahmudov yenə istintaqa çağırıldı – 1 milyard dollara görə dindirildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub.

Emtv.az xəbər verir ki, bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub. Saytın dərc etdiyi fotolardan birində Eldar Mahmudov İstintaq İdarəsindən çıxarkən fotosunun çəkildiyini hiss etdiyi, həmin tərəfə nifrət və qəzəblə baxdığı görünür.

Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur, çünki keçmiş nazirin İstintaq İdarəsindən çıxarkən fotolarını çəkib yaymışdılar. Habelə MTN-çilərdən zərər çəkənlərin bir neçəsi Mahmudovu güdüb idarədən çıxarkən yaxalamışdı və üzünə tüpürmüşdü.

İndi E.Mahmudovun oğlunun ölkədən 1 milyard dollar pul çıxarması epizodu üzrə dindirilməsi barədə xəbər təsdiqlənərsə bu o deməkdir ki, keçmiş nazirin ardınca oğlu da istintaqa cəlb olunacaq. Hansı ki, Anar Mahmudovun “Caspian Crystal” holdinqinin rəhbəri kimi hazırda da biznesini davam etdirir.

Digər maraqlı məqam bundan ibarətdir ki, bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət yolu ilə əldə edilmiş 1.7 milyard dolları leqallaşdırmaqda və xarici offşor hesablara ötürməkdə təqsirləndirilən iki nəfərə-Malik Əliyevə və Vüqar Osmanova hökm çıxarıb, onları uzunmüddətli həbsə məhkum edib. Lakin bu cinayət işinin təfərrüatları ilə bağlı məlumat yoxdur, bununla belə həmin şəxslərin əslində Mahmudovun qruplaşmasına daxil olduqlarını göstərən bəzi dəlillər var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR