SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı müğəninin ailəsində ağır itki - FOTO

12-12-2017, 10:28 | Oxunub: 18 169 |

Azərbaycanlı müğəninin ailəsində ağır itki - FOTO

Azərbaycanın fəlsəfə ictimaiyyətinə ağır itki üz verib.

Emtv.az media24.az-a istinadla bildirir ki, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi, Böyük Vətən Müharibəsi veteranı, filosof, prezident təqaüdçüsü Fərrux Fətulla oğlu Ramazanov ötən gün 95 yaşında dünyasını dəyişib.

F.Ramazanov tanınmış müğənni Leyla Ramazanlının babası idi. İfaçı Facebook sosial şəbəkəsində babasının ölümü ilə bağlı öz kədərini paylaşıb:

"Bu gün görkəmli elm xadimi filosof, prezident təqaüdçüsü həyatını elmə həsr edən, Azərbaycanda fəlsəfə elminin inkişafında əvəzsiz xidmətləri olan sevimli babamız Fərrux Ramazanov dünyasını dəyişdi. Böyük bir nəslin nümayəndəsi olan babam şərəf və ləyaqətlə yaşadı. O, atam Nurəddin Ramazanovun şəhid olmasını oğul itkisinin acısını yaşadı. Bütün bunlara baxmayaraq, uzun illərdir bizə, nəvələrinə ata sevgisi yaşatdı. Allah nəcib, ləyaqətli, humanist, alicənab babama allah rəhmət eləsin. Bu itki ailəmiz üçün çox ağır oldu. Çünki atamızın ətrini ondan alırdıq. Həmişə ürəyimizdəsən, baba. Allah sənə rəhmət eləsin".

Qeyd edək ki, F.Ramazanov 50 ildən çox müddət ərzində AzTU-nun Fəlsəfə və politologiya kafedrasına rəhbərlik edib və yüzlərlə alim yetişdirib.

Emtv.az
Azərbaycanlı müğəninin ailəsində ağır itki - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR