SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qətər də S-400 raketlərini almaq istəyir

5-12-2017, 18:40 | Oxunub: 371 |

Qətər də S-400 raketlərini almaq istəyir

Qətərin havadan müdafiə sistemlərinin alınması ilə əlaqədar Rusiyayla apardığı danışıqlar qısa müddətdə tamamlanacaq.

Bu sözləri Sputnik agentliyinə açıqlamasında Qətərin Rusiyadakı səfiri Fahad Məhəmməd əl-Ətiyyəh deyib.

O bidirib ki, Qətər müdafiə və təhlükəsizlik sahəsində Rusiya ilə əlaqələrini gücləndirmək istəyir:

“Rusiyanın dünyanın ən yaxşı havadan müdafiə sisteminə sahib olduğunu hər kəs bilir. Bunlara S-400 Triumf və Pantsir-S1 raketlərini göstərmək olar. Danışıqlara əsasən qətərli personallara bu müdafiə sistemlərinin baxımı və təmiri ilə bağlı təlimlər keçiriləcək”.

Qeyd edək ki, Rusiya tərəfi də bu müdafiə sistemlərinin alınması ilə bağlı aparılan danışıqların davam etdiyini bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR