SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda mikroavtobus minik avtomobili ilə toqquşdu: 5 nəfər ölüb - YENİLƏNİB

5-12-2017, 18:00 | Oxunub: 500 |

Bakıda mikroavtobus minik avtomobili ilə toqquşdu: 5 nəfər ölüb - YENİLƏNİB

Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, qəza Xocəsən-Lokbatan yolunda baş verib. "Mercedes-190" markalı minik avtomobilinin "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5 nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.

19:27

Bakıda yük maşını minik avtomobili ilə toqquşub.

Emtv.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR