SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qaradağda itkin düşən gəlinin əri: "Məndən əvvəl Şahnaz həmin oğlanla görüşüb..."

2-12-2017, 13:54 | Oxunub: 14 195 |

Qaradağda itkin düşən gəlinin əri: "Məndən əvvəl Şahnaz həmin oğlanla görüşüb..."

Emtv.az xəbər verir ki, noyabrın 28-də Qaradağ rayonunda itkin düşən 28 yaşlı Şahnaz Cavadovanın həyat yoldaşı Elçin Məmmədov hadisə barədə yerli mətbuata özü danışıb.

O bildirib ki, həyat yoldaşı Ş.Cavadova əvvəllər ailəli olub: "Həyat yoldaşı dünyasını dəyişəndən sonra o, Bayıl qəsəbəsində ailəli bir oğlanla görüşüb. Oğlanın ailəsi bundan xəbər tutub və Şahnaz həmin oğlandan ayrılıb. 5 ay əvvəl mənimlə tanış oldu və evləndik. Evlənəndən sonra Şəmkirdə yaşadıq. Bir müddət əvvəl o, münasibətdə olduğu oğlanla telefonla danışanda xalam eşidib və bunu mənə dedi. Şahnazla danışdım, amma o, danışdığını boynuna almadı. Son vaxtlar hər axşam qulaqcıqla öz-özünə danışırdı.

Soruşanda isə deyirdi ki, telefonda mahnıya qulaq asır. 10 gün idi Salyanda nənəsigildə qalırdıq. Pensiyamı alandan sonra noyabrın 27-də Qaradağ rayonuna, Şahnazın atasıgilə gəldik. Münasibətlərimiz normal idi. Noyabrın 28-də atası ilə birlikdə Bayılda qonşuya keçsələr də, sonradan atası tək qayıtdı. Şahnazı soruşduq, dedi qonşuda söhbət edir. Gecə saat 1-də anası qonşuya gedib və Şahnazı çağırmaq istəyib. Qonşu bildirib ki, Şahnaz çoxdan onlardan gedib. Məlum oldu ki, Şahnaz başqa yerə gedib. Bundan sonra bu barədə polisə məlumat verdik".

E.Məmmədov bildirib ki, noyabrın 30-da bir nömrədən Şahnaz atasının telefonuna zəng vurub:

"O atasına bildirdi ki, istədiyi oğlanla qoşulub qaçıb, Balakəndə Ramilə adlı qızın evində yaşayır. Mən Şahnazla danışdım, yalvardım ki, qayıt gəl, ya da yerini de, maşın tutum gəlim gətirim. O bildirdi ki, qayıtmaq istəmir. Sonra tanımadığım bir şəxs mənə və qayınatama zəng vuraraq bizi hədələdi ki, polisə verdiyimiz şəkilləri yığışdıraq. Mənə dedi ki, şəkilləri götürməsən, səni öldürəcəyəm. Mən də polisə məlumat vermişəm. Həyat yoldaşım oğurlanıb".

E.Məmmədov deyir ki, zəng vuran oğlanı Şahnazın anası tanısa da, boynuna almır: "Məndən əvvəl Şahnaz həmin oğlanla görüşüb. Oğlan mənə zəng vurub dedi ki, Şahnaz mənimlə 9 ay yaşayıb və mənim qeyri-qanuni arvadımdır, ondan əl çək. Dedi ki, əl çəkməsən, səni öldürəcəyəm. Qayınatama dedi ki, sən məni yaxşı tanıyırsan, bilirsən kiməm. Qayınatam da onu söydü ki, qızı qaytar gətir evə".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR