30 noy 13:14Oxunub: 294 |

Sabah bütün dünyanın diqqəti Moskvada olacaq – Tarixi püşkatma

Sabah bütün dünyanın diqqəti Moskvada olacaq – Tarixi püşkatma

Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək. Apasport.az saytının məlumatına görə, dekabrın ilk günündə dördilliyin ən möhtəşəm yarışı – futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Dünya futbolunun bütün tanınmış simaları, FİFA, həmçinin qitə konfederasiyalarının və əksər milli assosiasiyaların rəhbərlərinin qatılacağı mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.

DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq. DÇ-1986-nın bombardiri olan ingiltərəli ilə “Matç TV” və “FOX Sports” kanallarında çalışan rusiyalı xanıma püşkatmada 8 assistent də kömək edəcək. Bunlar dünya çempionu olmuş komandaların nümayəndələridi.

Dünya kubokunu səhnəyə gətirəcək almaniyalı Miroslav Kloze (Almaniya), həmçinin Loran Blan (Fransa), Qordon Benks (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Dieqo Maradona (Argentiina), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) da aparıcılara assistentlik edəcək.

DÇ-2018-də Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma – Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.


I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa

II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya

III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran

IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı

Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 “Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 535
XƏBƏR LENTİ

Reklam
Məzənnə