SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev NATO-nun sammitində çıxış etdi

25-11-2017, 14:51 | Oxunub: 7 905 |

İlham Əliyev NATO-nun sammitində çıxış etdi

Prezident İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Emtv.az AzərTac-a istinadən xəbər verir ki, Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Dövlət başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.

Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxundu, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirdi.

Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan Prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğuladı. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlətimizin başçısı qeyd etdi ki, 2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.

Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlətimizin başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışdı.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd etdi, "Cənub Qaz Dəhlizi” layihəsindən danışdı, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirdi və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini dedi. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu dedi, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğuladı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxundu, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğuladı. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlətimizin başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. Prezident İlham Əliyev NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.

Sonra bir çox ölkələrin səfirləri çıxış etdilər və Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışdılar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndirdilər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd etdilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundular və münaqişənin həllinin zəruriliyini bildirdilər.

Sonda dövlətimizin başçısı NATO-dakı səfirlərin suallarını cavablandırdı.

Emtv.az
İlham Əliyev NATO-nun sammitində çıxış etdi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR