23 noy 16:54Oxunub: 381 |

Messi Karlosa çatdı

Messi Karlosa çatdı

"Barselona"nın futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Roberto Karlosun rekordunu təkrarlayıb.

Emtv.az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu buna Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turu çərçivəsində "Yuventus"la baş tutan matçda (0:0) nail olub.

Meydana sonradan daxil olan Messi ÇL-də keçirdiyi görüşlərin sayını 120-yə çatdırıb. Bununla da, o, Madrid "Real"ının formasını geyinmiş Karlosa çatıb.

Məsələ burasındadı ki, bu oyuna qədər Çempionlar Liqasında ən çox matçda iştirak etmiş cənubi amerikalı futbolçu məhz Karlos idi. Messi cəmi 2 həftə sonra siyahıda vahid liderə çevrilə bilər.

Qeyd edək ki, ilk "beşlik"də Dani Alveş (105 oyun), Xavyer Zanetti (97 oyun) və Xavyer Maskerano (96 oyun) də yer alıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 3483
XƏBƏR LENTİ

Reklam
Məzənnə