SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yaranmasının 85 illiyi qeyd edilib

23-11-2017, 12:41 | Oxunub: 15 130 |

Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yaranmasının 85 illiyi qeyd edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində muxtar respublikada ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsinin yaranmasının 85 illiyi münasibətilə tədbir keçirilib.

Emtv.az xəbər verir ki, tədbirdən əvvəl komitə əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Komitədə keçirilən tədbirdə komitə sədri Əsgər Əsgərovun məruzəsi, məruzə ətrafında komitənin aparat rəhbəri Əli Hacıyevin və layihə-ekspertiza şöbəsinin məsləhətçisi Əli Abbaszadənin çıxışları olub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 1932-ci il noyabrın 22-də ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsi yaradılıb, bir neçə kiçiktutumlu sututarlar tikilib. Buna baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi. 1969-cu ildə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra meliorasiya və irriqasiya sahəsinin inkişafına da qayğı göstərməyə başladı. Bu qayğının nəticəsidir ki, muxtar respublika ərazisində yerləşən böyük su anbarlarının hamısı, kiçik sututarların əksəriyyəti və digər xüsusi əhəmiyyətli hidrotexniki qurğular məhz həmin dövrdə tikilib istifadəyə verilib. 1971-ci ildə Araz, 1977-ci ildə Arpaçay dəryaçaları, 1980-ci ildə Sirab Su Anbarı, 1970-1980-ci illərdə Məzrə, Salvartı, Cəhri-1, Cəhri-2, Dizə, Yaycı kimi sututarlar yaradılıb. Suvarma suyunun əkin sahələrinə çatdırılması üçün magistral beton kanalların tikintisi muxtar respublikada əkinçiliyin inkişafında böyük dönüş yaradıb.

Vurğulanıb ki, idarəetməni təkmilləşdirmək məqsədilə 1980-ci il aprelin 23-də Mexaniki Suvarma İdarəsi ləğv olunaraq, onun bazasında Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi yaradılıb, nazirliyin tabeliyinə bir sıra aidiyyəti qurumlar daxil edilib.

Diqqətə çatdırılıb ki, 1993-cü ildən sonra meliorasiya və su təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsi başlanıb. Bu sahəyə diqqət və qayğı yenidən bərpa olunub, mövcud obyektlərin dağılmasının qarşısı alınaraq gələcək inkişaf planı hazırlanıb.

Ulu Öndərin siyasətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 2001-ci il 24 oktyabr tarixli Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Su Təsərrüfatı Nazirliyi ləğv olunaraq bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yaradılıb. 2004-cü ildə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə çevrilib. Ali Məclis Sədrinin 2010-cu il 9 iyun tarixli Fərmanı ilə Agentliyin Əsasnaməsində dəyişikliklər edilib, əlavə vəzifə və hüquqlar verilib, Agentlik Komitəyə çevrilib. 2003-cü ildən sonra Kəhrizlər İdarəsi yaradılıb, muxtar respublika ərazisində yerləşən kəhrizlər bərpa olunaraq həm də tarixi abidə kimi qorunmağa başlanıb.

Qeyd edilib ki, son illərdə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində bir sıra işlər görülüb. Mütərəqqi suvarma metodlarından istifadə olunaraq torpaqlarda su itkisinin, şoranlaşmanın qarşısının alınması üçün müvafiq tədbirlər görülüb, eləcə də su təchizatı və kanalizasiya sahəsində beynəlxalq layihələr həyata keçirilib. Belə ki, son 5 ildə muxtar respublikada 904 kilometr kanal, 419 kilometr kollektor, 2946 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənib, 192 kilometr yeni içməli su xətti, 308 kilometr suvarma xətti, 37 kilometr təzyiqli boru xətti, 7 kilometr kaptaj xətti, 24 kilometr açıq drenaj və 8 kilometr məsafədə qapalı drenaj xətti çəkilib.

Komitənin fəaliyyəti təkcə meliorasiya və irriqasiya işləri ilə məhdudlaşmır. Hər il yeni kaptajlar tikilir, içməli su xətləri çəkilir, mövcud olanlar təmir edilir. Komitə, eyni zamanda, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihəsi” çərçivəsində də fəaliyyətini davam etdirməkdədir.

Tədbirdə vurğulanıb ki, melioratorların əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi onların öz işlərinə daha məsuliyyətlə yanaşmasına səbəb olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il noyabrın 20-də imzaladığı Sərəncamla komitənin bir əməkdaşına “Əməkdar mühəndis” fəxri adı verilib, 4 əməkdaş isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Tədbirdə “Rəşadətli əməyə görə” nişanı və vəsiqələri sahiblərinə təqdim edilib. Əməkdaşların bir qrupuna isə komitənin fəxri fərmanı və pul mükafatı verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR