17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Elman Rüstəmov yüksək inflyasiyanın səbəbini açıqladı
Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.
Emtv.az Trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycan manatı 4 faiz, fevralın sonundan isə 11,5 faiz möhkəmlənib:
“Son 9 ayda manat sonrakı artımın təzyiqi altında olub. Lakin bu, bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər. Bu, mikroiqtisadi baxımdan investisiyaların rəqabət qabiliyyətliyini və yeni ixrac istiqamətlərini destimullaşdıra və azalda bilər. Makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsinə və idxalın artmasına gətirib çıxara bilər”.
Emtv.az