SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Rasim Balayev 1300 manat təqaüd alır…” – İttifaqdan açıqlama

20-11-2017, 11:12 | Oxunub: 9 176 |

“Rasim Balayev 1300 manat təqaüd alır…” – İttifaqdan açıqlama

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.

Emtv.az xəbər verir ki, qurumdan qafqazinfo-ya daxil olan açıqlamada mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R.Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: “O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda, katibidir, hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona “nə köməklik lazımdır edə bilərik” deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, “Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur””.

İttifaqın açıqlamasında o da qeyd edilib ki, R.Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: “Bundan əlavə reklam və seriallara da çəkilir və özünün də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, “çünki o, Rasim Balayevdir””.

Xatırladaq ki, bu günlərdə R.Balayev “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu” sualına “Yox… istəmirəm də” deyə cavab verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR