SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə keçirilən idman yarışlarına yekun vurulub

17-11-2017, 18:44 | Oxunub: 12 914 |

Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə keçirilən idman yarışlarına yekun vurulub

Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə yüngül atletika üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 70-ə yaxın atlet mübarizə aparıb.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışın reqlamentinə əsasən oğlanlar 100, 200, 400, 800 və 1500, qızlar isə 100, 200, 400 və 800 metr məsafəni qət ediblər.

Yekun nəticəyə əsasən oğlanlar arasında Məhəmməd Tağıyev, Bəhlul Əsgərli, Sərdar Tağıyev, Cəbrayıl Yunusov və Əmrah Nağıyev müvafiq olaraq 100, 200, 400, 800 və 1500 metr məsafələrdə finiş xəttinə hamıdan birinci çatıblar. Qızların mübarizəsində isə Gülayə Cəfərova (100 və 400 metr), Aytən Rəhimova (200 metr) və Sevgi Məmmədli (800 metr) qalib adını qazanıblar.

X X X

Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə digər bir yarış isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri voleybol üzrə birincilikdə qüvvələrini sınayıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilik olimpiya sistemi üzrə keçirilib.

Altı komandanın mübarizə apardığı birinciliyin həlledici görüşündə “Naxçıvan” Universiteti ilə Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən “Naxçıvan” Universitetinin tələbələri 3:0 hesabı ilə qalib gələrək yarışın baş mükafatını qazanıblar. Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.

Qaliblər bu gün noyabrın 17-də “Gənclik” Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR