SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

17-11-2017, 18:29 | Oxunub: 6 819 |

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşüb.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayaraq onu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib. Ulu Öndərin Kuba inqilabının rəhbəri Fidel Kastro ilə yaxın əlaqələrini diqqətə çatdıran Ali Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verdiyini və ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirdi. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Kuba arasında ticarət əlaqələrinin olduğunu qeyd edən Ali Məclisin Sədri təhsil sahəsində əməkdaşlığın qurulmasının, xüsusilə tütünçülüyün inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğuladı.

Ulu Öndərin vətəni Naxçıvanda olmaqdan şərəf duyduğunu bildirən Alfredo Fidel Nieves Portuondo göstərilən xoş münasibətə görə minnətdarlıq etdi. Səfir Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlı olduğunu diqqətə çatdırdı, muxtar respublikanın bütün çətinliklərə baxmayaraq inkişaf etməsinin nümunə gücündə olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR