17 noy 14:07Oxunub: 375 |

Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həllinə ümid etmir”

Ərdoğan: “Putin Qarabağ münaqişəsinin həllinə ümid etmir”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.

Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə Qarabağ münaqişəsini də müzakirə edib.

“Cənab Putinlə Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qətnamələr var. Bu qətnamələrin icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

Noyabrın 22-də isə Rusiya və Türkiyə prezidentləri yenidən Soçidə görüşəcəklər.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5437
XƏBƏR LENTİ

Reklam
Məzənnə