SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Zeynəb xanım kişi adamdır” – Rasim Balayev

17-11-2017, 12:15 | Oxunub: 689 |

“Zeynəb xanım kişi adamdır” – Rasim Balayev

“Zeynəb Xanlarova həmişə sözünü deyən adam olub”.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açqılamasında xalq artisti Rasim Balayev deputat Zeynəb Xanlarovanın onun səhhəti ilə bağlı Milli Məclisin plenar içlasındakı çıxışına münasibətində deyib. Sənətkar deputata ailəsi adından təşəkkür edib:

“Sağ olsun, Zeynəb xanım kişi adamdır. Mən ondan bu çıxışı gözləyirdim. Zeynəb Xanlarova Azərbaycanı bütün dünyada tanıdıb.

O, Azərbaycan mədəniyyətinin fəxridir. Zeynəb xanım sənətkarı da tanıyır, kimin nə işlə məşğul olduğunu da bilir. O, sözünü həmişə deyən adamdır, heç kəsdən çəkinmir. Heç olmasa, yeri düşəndə Milli Məclisdə biz sənətkarları müdafiə edir. Yəqin maraqlanıb, eşidib ki, xəstəyəm, imkanım yoxdur, çox adamın yadına düşmürəm. Fikiləşir ki, sənətkar adamdır, pensiyasını dərmana verirsə, o, nə ilə dolanacaq”?

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin səhhətini müzakirəyə çıxarıb. O, buna görə Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR