SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

LOTU QULİ Rusiya kriminal aləmini ələ keçirmək məqsədilə "Şakro Molodoy"la HAQQ-HESAB ÇƏKƏCƏK

13-11-2017, 15:20 | Oxunub: 15 554 |

LOTU QULİ Rusiya kriminal aləmini ələ keçirmək məqsədilə "Şakro Molodoy"la HAQQ-HESAB ÇƏKƏCƏK

Bu günlərdə 22 illik məhbəs həyatından qurtaran Lotu Quli ləqəbli 45 yaşlı Nadir Səlifov Rusiyada kriminal aləmi tamamilə öz nəzarətinə keçirməyə hazırlaşır.

Emtv.az xəbər verir ki, daha öncə Rusiyanın cənub və bəzi mərkəzi rayonlarında xüsusi mövqeyi olan Quliyə Sverdlovskdakı ticarətçilər sadiq qalacaqlarına and içiblər.

Onlar artıq Lotu Qulini keçmiş SSRİ-nin oğru dünyasının başçısı elan eləyiblər. Rusiyanı öz nəzarətinə keçirmək üçün Quli hazırda öz klanını formalaşdırır və müharibəyə hazırlaşır. Amma bu klan əvvəllər olduğu kimi nə milli, nə də ərazi prinsipi ilə hazırlanır.
Hazırda Qulinin yaxın çevrəsinə qardaşı Namiqdən başqa Puxlı, Kuşner, Nika, Qoşa, Masi, Merab, Pipiya, Rəşad, Roma Stavropolski daxildir.
Beləliklə, Qulinin həbsdən vaxtından əvvəl çıxması postsovet məkanı oğru dünyasında böyük sensasiyaya səbəb olub. Onun azadlığa çaxacağını yalnız yaxın ətrafı bildiyi üçün bu məsələ öncədən kriminal çevrələrdə hallanmayıb.

Kriminal avtoritetlər hesab edir ki, Quli vaxtında "içəri"də "yatdığı" üçün keşməkeşli 90-cı illəri keçə bilib. Hazırda onu oğru aləmində yeni tipli avtoritet hesab edirlər. Belə ki, onun arxasında banda deyil, transmilli korporasiya dayanır. 2016-cı ilin avqustunda öldürülən Rövşən Lənkəranskidən qalan nə vardısa, Şakro Molodoy və Canqveladzenin iddialarına rəğmən, Qulinin nəzarətinə keçib.

Maraqlıdır ki, Quli azadlığa buraxıldığı gün – sentyabrın 11-də onun Tiflisdə öldürülən əsas adamı Elşən Məmmədovun killerləri Sankt Peterburqda həbs edildi. Onların arasında Rövşən Lənkəranskinin əmisi oğlu Emin Əhmədov da var.

Hazırda Quliyə qarşı dayananlar Rövşənin qohumlarıdır. Ancaq ona qarşı hazırlanan planlarda Lənkəranskinin yaxın qohumlarının şəxsən iştirak etməsi mərhum avtoritetin adamlarının sayının az olmasından xəbər verir.
Məlum olduğu kimi, İstanbul polisi Rövşən Lənkəranskinin qisasını alacaq 11 nəfərdən ibarət dəstəni yaxaladı. Qrup Qulini aradan götürməyi planlaşdırsa da, onların bu məxfi planı haqda kimsə Türkiyə polisinə xəbər verib.

Killer dəstə odlu silah, tapança, əl qumbarası ilə silahlanıbmış. Onlar Qulinin yaşadığı villanı silahlı hücumla ələ keçirməyi planlaşdırırmış.
Kriminla aləmə yaxın mənbələr bildirir ki, Quli hazırda Rusiya oğru dünyasının başçısı sayılan Şakro Molodoy ləqəbli Zaxari Kalaşovla haqq-hesab çəkməyə hazırlaşır.

Şakro Molodoy Ded Xasanın ölümünün ardınca Rusiya mafiyasının rəhbərliyinə keçdikdən sonra bir sıra yeni şəxslərə oğru adı verilməsi, bəzilərinin isə bu addan məhrum edilməsinə qərar verdi. Daha sonra isə o, oğru adı verilməsinə qadağa qoydu. Şakronun qərarı ilə Saşa Kuşner ləqəbli Aleksandr Kuşnerov, Gilani Sedoy ləqəbli Gilani Əliyev, Şamil ləqəbli Şamil Məhəmmədov, Armen Xoxol adlandırılan Armen Xaçatryan, Nika ləqəbli Niko Drebuadze, Lekso Qalski kimi tanınan Lekso Loqua, Besik Kvinxidze ləqəbli Beso Rustavski, Artyom Lipeski ayamalı Artyom Arakelyan və Rafət Əlibayramlinski ləqəbli Rafət Əmirov, eləcə də Ceyhun Gəncinski kimi tanınmış Ceyhun Əsgərov və Vlad Şarap ləqəbli Vladislav Qraçev oğru adlarından məhrum olunub.

Deyilənə görə, Quli həmin şəxslərə adlarının qaytarılacağını vəd edib. Bu deyilənlər bir çoxlarına, məsələn, Verxneuralskda vəziyyətə nəzarət edən Vlad Şarapuya böyük dəstək olacaq.

Deyilənə görə, Rusiyadan öncə Quli "Pıza" ləqəbli Raul Barsbanla haqq-hesab çəkib, Abxaziyanın kriminal aləmini özünə tabe etmək istəyir.
Quliyə düşmən kəsilən "Pıza" bu yaxınlarda ona nümayişkaranə şəkildə sayğısızlıq göstərib və tabe olmaqdan imtina edib.

O, hazırda Qulinin dostlarını ovlamaqla məşğuldur. İnternetdə bunu təsdiqləyən video da yayılıb.

Videodakı atışmada Nika Qarinski və Rəşad Gəncinski odlu silahdan atılan güllə ilə vurulub. Bu olaydan sonra Quli Rusiyadan Abxaziyaya briqada göndərib. Amma onlar yerli oğrular tərəfindən zərəsizləşdirilib.

Abxaziyadan sonra Qulinin ilk işi oğru dünyasına rəhbərliyi tam ələ keçirmək üçün "Şakro Molodoy"la haqq-hesab çəkmək olacaq.
Qeyd edək ki, indiyədək Şakro Molodyla Qulinin heç bir əlaqəsi olmayıb(teleqraf.com).

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR