SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şəhid övladı ölkə başçısına müraciət etdi – “İCRA NÜMAYƏNDƏSİ ZƏHMƏT HAQQIMI VERMİR...”

13-11-2017, 15:05 | Oxunub: 14 329 |

Şəhid övladı ölkə başçısına müraciət etdi – “İCRA NÜMAYƏNDƏSİ ZƏHMƏT HAQQIMI VERMİR...”

Zərdab rayonu Məlikumudlu kənd sakini, şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu tərəfindən yerli mətbuata şikayət məktubu daxil olub. Müəllif kənd icra nümayəndəsindən şikayət edir:

Emtv.az xəbər verir ki, “Zərbəliyev Cahid Zabit oğlu qeyd edir ki, atası Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib. 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Atam şəhid olanda mənim 2 yaşım var idi. İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıram. Ancaq halal zəhmət haqqımı ala bilmədiyim üçün mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.

Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb, bir neçə dəfə malalamışam. Buna görə, əvvəldən danışdığımız 600 manat zəhmət haqqımı vermək istəmirlər.

Bu ilin aprel ayı tarixindən məni “sabah”, “sabah” deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub, pulumu vermək istəmirlər”.
Şikayətçi deyir ki, bu məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub, şikayət etsə də, heç bir tədbir görülməyib:

“Ailəmiz genişdir, gözümüzü dikdiyimiz tək həmin traktordan gələn gəlirdi ki, bunu da Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermək istəmirlər.

Daha sonra muxalifet.az bildirir ki, Zərbəliyev Cahid Zabit oğlu mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edir ki, , şəhid ailəsini aldadıb zəhmət haqqını mənimsəyib verməyən Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun və fermer Bəhram Abdullyevin barəsində tədbirlər görəsiniz. Onların maddi imkanları çox geniş olsa da, şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar. Şəhid ailəsinin işlədib, aldadıb zəhmət haqqını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz. Xahiş edirəm bizə köməklik edin”.

Emtv.az
Şəhid övladı ölkə başçısına müraciət etdi – “İCRA NÜMAYƏNDƏSİ ZƏHMƏT HAQQIMI VERMİR...”

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR