SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İsmayıllıda körpü uçdu

10-11-2017, 15:54 | Oxunub: 9 791 |

İsmayıllıda körpü uçdu

İsmayıllıda dağılan körpü avtomobil qəzasına səbəb olub.

Emtv.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı şəhərinin Soltan Mehdiyev küçəsində baş verib.

Rayonun Basqal qəsəbə sakini Cəbrayılov Nuru Ağaabdulla oğlu idarə etdiyi 99-HE-812 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə yoldakı körpünün üzərindən keçərkən qəflətən körpünün bir hissəsi dağılıb və avtomobil su arxına düşüb. Hadisə nəticəsində avtomobil əzilsə də, sürücü və sərnişini – həyat yoldaşı xəsarət almayıb.

Hadisə şahidləri Şaiq Həsənov və İlkin Fətullayev sayta bildiriblər ki, bir neçə il öncə yerli sakinlər tərəfindən kustar üsulla inşa edilən bu körpü qəzalı vəziyyətə düşdüyü üçün təhlükə mənbəyinə çevrilib. Yerli sakinlər İsmayıllı şəhəri ilə yeni salınan yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun üzərində yerləşən və bərbad vəziyyətdə olan bu körpünün sökülərək əvəzində yenisinin inşası üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq vaxtında tədbir görülməyib və nəticədə körpü dağılaraq avtomobil qəzası baş verib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR