SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mərmər biznesinə zərbə: Qəbirlər də standart olacaq: Naxçıvandan sonra bütün ölkədə?

10-11-2017, 14:58 | Oxunub: 15 391 |

Mərmər biznesinə zərbə: Qəbirlər də standart olacaq: Naxçıvandan sonra bütün ölkədə?

Naxçıvanda dəbdəbəli qəbir daşları qadağan edilib. Belə ki, Muxtar Respublikada qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan MR Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Yeni qaydalara əsasən artıq qəbirüstü abidələr vahid stadartlarla qoyulacaq. Həmin qəbirüstülərin uzunluğu 2.20 sm, eni 1.20 sm, başdaşı hündürlüyü 60 sm, eni isə 80 sm olacaq.

Sözügedən qərar qəbir daşlarının vahid standarta uyğun düzəldilməsi məsələsini gündəmə gətirib. Məlum olduğu ki, bir çox müsəlman ölkələrdə qəbir daşlarının hamısı eyni rəngdə və eyni ölçüdə olur. Amma Azərbaycanda qəbir daşları təmtəraqlı düzəldilir. Hətta imkanı olmayan şəxslər belə bəhsə girərək borc-xərclə dəbdəbəli qəbirüstü abidələr sifariş edirlər. Bəzən məzarlığa girərkən təmtəraqlı məzar daşının ətrafında sanki bir şəhər salındığını görürük. Halbuki İslamda bu həddə olan israfçılıq günah və haram sayılır.
Mərmər biznesinə zərbə: Qəbirlər də standart olacaq: Naxçıvandan sonra bütün ölkədə?
Sözügedən problem illərdir ki, aidiyyatı qurumların da nəzarətindədir. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir müddət əvvəl qəbir daşları ilə bağlı qanun layihəsi də hazırlamışdı. Layihəyə görə, qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməlidir. Bu layihə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq əksəriyyətinin marağına səbəb oldu. Çünki Azərbaycanın şəhər və kəndlərindəki qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri, düzəldilən abidə ölü sahibinin varlı və ya kasıb olmasına birbaşa işarə vurur. Amma məsələ açıq qaldı və sözügedən layihənin icrası baş tutmadı. İndi bunabənzər qanun layihəsi Naxçıvanda həyata keçirilib.

Maraqlıdır, Azərbaycanda vahid məzar standartlarına keçid mümkün olacaqmı?

“Müsəlmanlara bu ənənə yezidi kürdlərindən keçib”

Dini ekspert Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qəbir daşları ilə bağlı məsələ bir çox yerlərdə əsl problemə çevrilib: “Dəbdəbəli qəbirlərə qarşı Naxçıvandan mübarizə başlanılıbsa, bu yaxşıdır. Dini qurumlar tərəfindən məsələ ilə bağlı tövsiyyələr olub. Təəssüf ki, buna riayət olunmur. Qanun qəbul edilməli və məcburi şəkildə vahid standarta uyğun qəbir daşları düzəldilməlidir. Qəbir daşlarının dəbdəbəliliyi artıq bir adət-ənənəyə çevrilib. İmkanlı, imkansız bir-birinin bəhsinə düşür. Adam tanıyıram ki, kredit götürüb atasına qəbir düzəltdirib, başqasından geri qalmaq istəməyib. Sonra da əziyyətə düşür. Bu, dində birmənalı olaraq günahdır, haramdır, bir sözlə müsəlmana xas olmayan hərəkətdir. Qeyd edim ki, bu hal yalnız Azərbaycanda belədir. Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında, Misirdə, hətta xristian ölkələrində bu cür təmtəraqlı, dəbdəbəli qəbir daşları qoyulmur. Sovet dövründə müsəlmanlara bu ənənə yezidi kürdlərindən, yəhudilərdən və ermənilərdən keçib”.

Ekspertin fikrincə, hər şeydən əvvəl qəbir daşlarında olan bu təmtəraqlıq mərmər biznesinə hesablanıb: “Müəyyən insanlar var ki, bu sahəni monopoliyaya alıb. Bu bizneslə məşğul olanlar qara mərməri Çindən gətirir. Bu mənada inhisarçılar imkan verməz ki, o daş məsələsi yığışdırılsın və onların daxili bazarlarına zərbə dəysin. Bunu da düşünmək lazımdır ki, bu xalqa böyük bir xəyanətdir. Yəni insanlar ac qalır, boğazından kəsir, amma gedib dünyasını dəyişən yaxınına mərmər baş daşı, sinə daşı qoydurur. Ən yüngül halda o mərmər daş 3 min manata başa gəlir. Axı bu günahdır. Bu millət yazıqdır. Məzarlığa girirsən, orada az qala bir şəhərə qoyulmuş milyardlar yatır. İslam dinində israf bəynilmir. Məhəmməd peyğəmbər bütpərəstlik əlaməti kimi bütün bütləri, dağları yıxıb uçurtdu.

Söhbət tarixi abidələrdən getmir. Tanınmış simaların , şəxsiyyətlərin abidələri başqa, onlar yaşamalıdır. Amma insanların hamısı filosof, dahi deyil ki, hamısının üstünə mərmər qoyulsun. Şəriətdə konkret qəbir daşı standartı yoxdur. Amma peyğəmbərin tövsiyələrində var ki, 4 barmaqdan hündür olmamalıdır. Hətta peyğəmbər İmam Əliyə vəsiyyət edir ki, mənim qəbrimi 4 barmaq hündürlükdə edin, daş qoymayın. Atəşpərəstlər kimi qəbrimi məbədə çevirməyin. Bu, o deməkdir ki, peyğəmbər özü digərlərinə nümunə olub. Əgər peyğəmbərin qəbirüstü daşı 4 barmaq hündürlükdə olursa, digərlərininki də elə olmalıdır. Yəni, bir nişangah olmalıdır. Adi lövhə ola bilər. Məsələn, Məhəməd Əlinin qəbir daşı göy çəmənlikdədir və üstünə də adı yazılıb. Bu, bir nümunə götürülə bilər. Qəbir daşı həm sadə, həm də ucuz olmalı, üzərində də mərhumun adı, ölüm, doğum tarixi yazılmalıdır”.

Qeyd edək ki, Naxçıvanda çıxarılan bu qərardan sonra gözlər paytaxta dikilib. Nəzərə alsaq ki, dəbdəbəli qəbir daşlarının qarşısını almaq üçün Dini Qurumlar üzrə Dövlət Komitəsi bir müddət əvvəl Nazirlər Kabinetinə layihə təqdim edib, sözügedən qərarın Bakıda icrası da istisna olunmur.

Dini Qurumlar üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı mövqe almağa çalışsaq da, gün ərzində telefonlarımıza cavab verən olmadı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR