SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

60 saylı uşaq bağçasında rüşvət verməyənlər üşün "KASIBLAR QRUPU" YARADILIB

7-11-2017, 15:44 | Oxunub: 16 384 |

60 saylı uşaq bağçasında rüşvət verməyənlər üşün "KASIBLAR QRUPU" YARADILIB

Bir qrup valideyn Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasından şikayətçidir.

Emtv.az xəbər verir ki, şikayətlə bağlı müraciət edən iyirmiyədək valideyn bağçada qanunsuz olaraq pul yığıldığını, müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrıseçkiliyin qoyulduğunu söyləyirlər.
Valideynlərin 60 saylı uşaq bağçasından şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik:

“Sizə müraciət etməyimizin əsas səbəbi 60 saylı uşaq bağçasında baş verən özbaşınalıqlar, qanunsuz pul yığma ilə bağlıdır. Bağçaya Məsmə Quliyeva müdir təyin olunandan sonra övladlarımızın istər tərbiyəsi, təhsili, istər də yeməklə təmin olunması acınacaqlı hala gəlmişdi. Hər uşaq üçün aylıq 50-60 manat qeyri-qanuni pul istənilir. Biz dövlət bağçasında tərbiyə alan uşaq üçün niyə hər ay pul verməliyik? Məsmə Quliyeva bu özbaşınalığına qarşı çıxan valideynlərin övladlarına qarşı ayrıseçkiliyə, aqressiyaya, diskrimnasiyaya başlayıb. Bu ayrıseçkilik də pulu 50-60 manatdan aşağı verən valideynlərin övladlarını ingilis dili və rəqs dərslərinə buraxmamaqdan başladı. M.Quliyeva hər dərsin qiymətinin 15 manat olduğunu valideynlərə elan etdi. Daha sonra bağçada rus bölməsi qrupu yaratdı.

Uşağını həmin qrupa qoymaq istəyən valideynlərin 80 manat ödəməli olduğunu söylədi. Biz niyə valideynlərdən bu qədər pul tələb olunduğunu soruşduqda, Məsmə xanım belə əsaslandırdı ki, hökumətin bağçaya ayırdığı ərazaqlar çatmır, öz cibindən ərzaq almaq məcburiyyətində qalır. 30. 10. 2017-ci il tarixində isə pul verən uşaqlar üçün bir, həmin məbləği ödəməyən uşaqlar üçün isə ayrı qrup yaratdı. Biz valideynlər buna görə çox narahatıq. Əslində bağçada qruplar uşaqların yaşlarına uyğun olaraq ayrılır.

M. Quliyevanın yaratdığı qruplarda isə hər yaşdan uşaqlar var. Onlar müxtəlif yaşda olsalar da, bir qrupda tərbiyə alırlar.

Onun bağçada aylıq qoyduğu məbləği ödəyən valideynlərin uşaqları üçün ayrıca VİP qrup yaratması körpə psixologiyasına travma yetirməklə yanaşı, yeni formalaşmaqda olan şəxsiyyətlərin də yetişməsinə mane olur. Məsmə Quliyeva bu uşaq bağçasına müdir təyin olunandan sonra biz valideynlər onunla mübarizə aparmağa, qanunsuzluqları aradan qaldırmağa cəhd etmişik. Hətta gənc olduğunu, bu bağçanın onun ilk iş yeri olduğunu nəzərə alıb onunla mülayim davranmışıq. Amma o, nəinki bizi dinləyir, hətta valideynlərlə normal ünsiyyət belə qura bilmir. Arxasında da adamının olduğunu iddia edərək, “Burada mənəm, Bağdadda kor Xəlifə” məsəli davranır. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin belə ona heç nə edə bilməyəcəyini söyləyir. Biz isə öz dövlət başçımıza arxalanırıq. Bağça müdirinin bu davranışı və idarəçilik tərzi ölkə prezidenti cənab İlham Əliyevin əsasını qoyduğu bərabərlik və tolerantlıq siyasətinə ziddir. Sizdən çox xahiş edirik ki, 60 saylı bağçada baş verən bu qanunsuzluqları ətraflı araşdırasınız”.

Valideynlərdən biri, Adilə Əlihüseynli deyir ki, Məsmə Quliyevanın vəzifəsindən sui-istifadə etdiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova da şikayət ediblər: “Biz Eldar Yunusovun qəbulunda olaraq 60 saylı uşaq bağçasında baş verənləri ona ətraflı danışdıq. Eldar müəllim özü də 20-dək valideynin M. Quliyevaya qarşı heç bir qərəzi olmadığını, tələblərin ancaq qanunsuzluğun aradan qaldırılması ilə bağlı olduğunu anladı. Bizə bildirdi ki, uşaq bağçaları dövlətdən maliyyələşdiyi üçün heç bir dövlətin balansında olan uşaq bağçasında valideynlərdən ərzaq, yaxud da başqa adla pul tələb edilə bilməz. Bizi nəzakətlə dinləyən Eldar müəllim də bu qanunsuzluğun araşdırılacağını söylədi. Hələki bağçada vəziyyət eynidir. M. Quliyevaya tələb etdiyi pulu ödəməyən valideynlərin uşaqları başqa qruplara ayrılıb. Mənim bir qızım 5 yaşı olduğundan, yuxarı qrupda tərbiyə alır. Onu körpə yaşda olanların qrupuna salıblar. M. Quliyevanın bağçada VİP qrup yaratması bizə çox pis təsir edir. Bağçada indi “Kasıblar qrupu” və VİP qrup var. Eyni bağçada uşaqlara fərqli münasibət qanunsuzluqdur. Rüşvət vermədiyimiz üçün bizi uşaqlarımızla belə cəzalandırmaq heç bir qanuna sığmır”.

Valideynlərin ittihamlarını araşdırmaq üçün 60 saylı uşaq bağçasının müdiri Məsmə Quliyeva ilə əlaqə saxlayıb. M. Quliyeva kəskin şəkildə Movqe.az-ın əməkdaşına jurnalistlərə ona qarşı səslənən ittihamlarla bağlı heç bir açıqlama verməyəcəyini söyləyib. Bildirib ki, o jurnalistlərlə danışmır, valideynlərin ittihamlarında nə dərəcə haqlı olub-olmadıqlarına isə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi aydınlıq gətirəcək. Movqe.az saytı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlayıb. Qurumun rəhbəri Eldar Yunusovla danışmaq mümkün olmasa da, idarənin əməkdaşları bildirdilər ki, 60 saylı bağçadan valideynlərin şikayətini müvafiq komissiya araşdıracaq. İdarədən qeyd ediblər ki, araşdırmadan sonra valideynlərin məktubuna da cavab veriləcək.

Qeyd edək ki, movqe.az daha sonra qeyd edir ki, son illər uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin dövlət uşaq bağçalarının şəraitinin yaxşılaşdırılması, sayının artırılması ilə bağlı tapşırıqları var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilib. Mehriban Əliyeva yeni inşa edilmiş, eləcə də əsaslı təmir edilmiş dövlət uşaq bağçalarının açılışında şəxsən iştirak edir. Bütün bunların fonunda 60 saylı uşaq bağçasında baş verənlər görülən işlərə adekvat deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR