SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib

3-11-2017, 13:26 | Oxunub: 12 782 |

Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib

Xalq artisti, diktor Rafiq Hüseynov dəfn olunub.

Emtv.az apa-ya istinadən xəbər verir ki, o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dövlət Mahnı Teatrında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Professor İlham Rəhimli Rafiq Hüseynov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıb.

İlham Rəhimli bildirib ki, Rafiq Hüseynov 17 yaşından ömrünü televiziyaya bağlayıb: “Efirə çıxandan bir həftə sonra isə bütün Azərbaycanda məşhur oldu. O, qısa müddətdə peşəkar diktor səviyyəsinə yüksəldi. Onda qəribə cazibə, qərib işıq var idi. Qısa müddətdə Azərbaycan ziyalısının simasına çevrildi. Onda Qarabağdan gəlmə ağayanalıq vardi. İnsan onun peşəkarlığına, ustalığına heyran qalırdı. Rafiqə dəfələrlə Moskvada qalıb işləməyi təklif etmişdilər. Amma o, Azərbaycansız, Bakısız, Şuşasız yaşaya bilmirdi. Adi işıqçılıqdan sədr müavininə qədər yüksəldi. Rafiq Hüseynov Azərbaycan televiziya mədəniyyətinin, ağayanalığının bünövrəsini qoyan şəxsiyyətlərdən idi”.

Xalq artisti, rejissor Ramiz Həsənoğlu Rafiq Hüseynovun xatirəsinin insanların yaddaşında daim yaşayacağına əminliyini bildirib.
Xalq artistləri Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrildi, televiziya və radioya özündən sonra böyük nəsil bəxş etdi.

Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub.

Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
***
Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

Emtv.az
Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib
Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib
Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib
Rafiq Hüseynov dəfn olundu – Foto – Yenilənib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR