SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada kənd təsərrüfatı uğurla inkişaf etdirilir

1-11-2017, 15:51 | Oxunub: 11 714 |

Muxtar respublikada kənd təsərrüfatı uğurla inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu gün dövlətimizin başçısı qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafını diqqətdə saxlayır. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət proqramları qəbul olunur, kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirələr keçirilir və konkret tapşırıqlar verilir. Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açıb. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılıb, 72 min 758 ailəyə torpaq sahəsi verilib. Bundan sonra kənd təsərrüfatının inkişafında dönüş yaradılıb, bol məhsul istehsalının əsası qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılıb.

Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 531 hektar sahədə əkin aparılıb. Cari ilin 9 ayı ərzində 100 min 116 ton dənli və dənli­paxlalı, 11 min 150 ton dən üçün qarğıdalı, 750 ton dən üçün günəbaxan, 72 min 314 ton tərəvəz, 47 min 490 ton kartof, 36 min 378 ton bostan məhsulları, 38 min 122 ton meyvə, 9 min 732 ton üzüm istehsal olunub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir. Hazırda muxtar respublikada 100 hektara yaxın sahədə püstə bağı salınıb. Bu il isə yeni badam bağlarının salınması nəzərdə tutulur.

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin olunması əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaqların su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Bu il isə Kəngərli rayonunun Böyükdüz kəndini əhatə edən yeni suvarma şəbəkəsinin açılışı olub. Yeni qapalı suvarma sisteminin qurulması nəticəsində 407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb ki, bunun da hamısı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.

Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bu da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 116 min 122 başa, xırdabuynuzlu heyvanların sayı isə 716 min 107 başa çatdırılıb. 2017-ci ildə 10 heyvandarlıq və 4 quşçuluq təsərrüfatı yaradılıb, bank və kredit təşkilatları tərəfindən heyvandarlığın inkişafına 1 milyon 98 min 400 manat həcmində kredit verilib.

Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Bu məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir.

Heyvandarlığın inkişafında əsas amillərdən biri də cins tərkibin yaxşılaşdırılması və süni mayalandırma tədbirlərinə üstünlük verilməsidir. Bu iş muxtar respublikada daim diqqətdə saxlanılır, baytarlar süni mayalandırma avadanlıqları ilə təmin olunurlar. Bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 7 min 732 baş inək, düyə və camış mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4 min 866 baş sağlam bala alınıb.

Muxtar respublikada 70 min 537 arı ailəsi var. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Bal” festivalının keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.

Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülüb. Artıq muxtar respublikada 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.

Görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 17 min 725 ton, süd istehsalı 70 min 231 ton, yun istehsalı 886 ton, yumurta istehsalı isə 74 milyon 863 min ədəd olub. Bu dövrdə, ümumilikdə, 334 milyon 397 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu var. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1688 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb. Alınmış texnika və aqreqatların 143 ədədi 2017-ci ilin 9 ayında gətirilib. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlər müəyyən edilib.

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçıları 5 min 293 ton mineral gübrə ilə təmin olunub. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarı üçün fermerlərə 50 manat yardım verilməsi təmin olunur.

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi fəaliyyət göstərir.

Muxtar respublikada əhalinin ərzaq məhsullarına tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.

İstehsal prosesində aqrotexniki qaydalara düzgün əməl etmək vacib məsələdir. Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi muxtar respublikada bu sahədə fəaliyyətin təşkili üçün geniş imkanlar açır. Birliyin yardımçı təsərrüfatlarında əkinçiliyin inkişafı ilə bağlı aparılan təcrübə məhsuldar sortların əldə olunmasına və tətbiqinə imkan verir. Sahibkarlar və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılır, tövsiyə xarakterli bukletlər hazırlanaraq torpaq mülkiyyətçilərinə və sahibkarlara paylanılır.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcək.

Emtv.az
Muxtar respublikada kənd təsərrüfatı uğurla inkişaf etdirilir
Muxtar respublikada kənd təsərrüfatı uğurla inkişaf etdirilir
Muxtar respublikada kənd təsərrüfatı uğurla inkişaf etdirilir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR