SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan” Universitetində oxunması zəruri olan kitabların müzakirəsi təşkil edilib

31-10-2017, 15:15 | Oxunub: 12 610 |

“Naxçıvan” Universitetində oxunması zəruri olan kitabların müzakirəsi təşkil edilib

“Naxçıvan” Universitetinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitablarının müzakirəsi olub.

Emtv.az xəbər verir ki, tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımların vacibliyindən danışıb. Rektor çıxışında siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsini müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.

Tədbirdə çıxış edən kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova bu sərəncamın kitaba, kitabxanalara qayıdış üçün çağırış olduğunu, sərəncamdan sonra kitabxanalarda oxucuların sayının artdığını və siyahıda adı göstərilən hər bir kitabın müzakirəsinin təşkil olunmasının qarşıda duran əsas vəzifə kimi müəyyənləşdirildiyini qeyd edib.

Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsərin spesifik xüsusiyyətlərindən danışıb.

Tələbələrdən Fatimə Yusifova və Aydın Əliyev “Sirlər xəzinəsi” poemasından bir parçanı bədii qiraət ediblər. Tələbələri maraqlandıran suallar cavablandırılıb, sonda sərəncamda adları göstərilən kitablardan ibarət guşəyə baxış olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR