17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Qardaşım İlham Əliyevə və Azərbaycan xalqına xain FETÖ-yə qarşı mübarzə apardıqları üçün təşəkkür edirəm” – Ərdoğan
“Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da xain FETÖ qarşısında göstərilən həmrəylik üçün xüsusi olaraq təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsi bizlərlə tək ürək kimi Türkiyədən gələn xəbərləri izlədiyini, xain zərbənin müvəffəqiyyətsizliyə düçar edilməsini canı könüldən istədiyini bilirəm.”
Emtv.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trend İnformasi Agentliyinin redaktoru Rufiz Hafizoğlunun suallarını cavablandırarkən deyib. Ərdoğan Türkiyə- Azərbaycan qardaşlığının çox güclü əsasları olduğunu bildirib.
“Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükədir. O səbəbdən Azərbaycanın FETÖ-yə qarşı gördüyü tədbirlərdən məmnunluq duyuruq.
Hər sahədə olduğu kimi, terrorizm ilə mübarizə sahəsində də Azərbaycan ilə yaxın bir əməkdaşlıq içindəyik. Səlahiyyətli qurumlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi ilə operativ əməkdaşlıq artaraq davam edir.
Azərbaycan, xarici terrorçu döyüşçülərin Suriyaya keçidini əngəlləmək kontekstində önəmli bir nöqtədir və faydalı işlər görür” deyə Ərdoğan qeyd edib.
Emtv.az