SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4 faizədək artıb

27-10-2017, 19:07 | Oxunub: 7 578 |

 Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4 faizədək artıb

Bu ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,8 faiz çox, yəni 334 milyon 397 min 900 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyd olunan dövrdə muxtar respublikada diri çəkidə 17 min 725 ton ət, 70 min 231 ton süd istehsal edilib. Bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 2,4 və 2,6 faiz çoxdur. Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 116 min 122 baş, qoyun və keçilərin sayı 716 min 107 baş olub ki, bu da 1 oktyabr 2016-cı il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,5 və 2 faiz artıqdır.

Ötən dövrdə 100 min 116 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 750 ton dən üçün günəbaxan, 72 min 314 ton tərəvəz, 36 min 378 ton ərzaq üçün bostan məhsulları, 38 min 122 ton meyvə, 9 min 732 ton üzüm toplanılıb. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2017-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 482 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR