17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Orelia Buşez: Naxçıvan sakinlərinin yüksək qonaqpərvərliyi məni valeh etdi
Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Naxçıvan sakinlərinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır.
Emtv.az xəbər verir bu sözləri Azərtac-a müsahibəsində oktyabrın 18-19-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez deyib.
Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək imkanı oldu. O vurğulayıb ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.
Orelia Buşez deyib: “Bildiyiniz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb”.
Naxçıvanın gözəlliyinin, təmizliyinin və abidələrinin qədimliyinin dünya üçün bir nümunə olduğunu vurğulayan səfir qeyd edib ki, bu abidələr Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şeylər danışır.
“Mən burada Möminə xatun türbəsini və Bayraq Meydanını çox bəyəndim. Naxçıvanqala Naxçıvanın tarixini yaşadır. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir. Bir sözlə, naxçıvanlılara qonaqpərvərliklərinə görə “çox sağ ol” deyirəm. Mən burada olduğuma görə çox şadam”, - deyə fransalı diplomat bildirib.
Emtv.az