SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır

25-10-2017, 16:47 | Oxunub: 14 704 |

Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2007-ci il 23 oktyabr tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib.

Emtv.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Prezident Administrasiyası, Milli Məclis, Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin, eləcə də ictimaiyyət nümayəndələrinin, Horadizin düşmən işğalından azad edilməsində və müdafiəsində xüsusi xidmətləri olan hərbi qulluqçuların bir qrupu əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gedərək, burada Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Sonra Horadiz şəhərinin bayramsayağı bəzədilmiş Muğam mərkəzinin qarşısında qəsəbəyə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramının təntənəli açılışı olub.

Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Layihənin müəllifi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Horadiz hələ sovet dönəmində Füzuli rayonunun strateji əhəmiyyətli qəsəbələrindən olub. Ulu öndər Heydər Əliyev o vaxtlar dəfələrlə bu qəsəbəyə səfər edir, əhali ilə görüşüb, onların daha firavan yaşamaları üçün öz köməyini əsirgəməyib. Burada rayonlararası neft, ərzaq və sənaye malları və tikinti-təsərrüfat malları bazası, pambıq zavodu, dəmir yolu stansiyası, avqtonəqliyyat müəssisəsi, kimya birliyi, taxıl məhsulları kombinatı, Kalinin adına geofizcihazqayırma zavodunun Horadiz filialı və s. fəaliyyət göstərib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində qəsəbə ərazisində ağır döyüşlər gedib. Horadizlilər son güllələrinədək döyüşüblər. Lakin 1993-cü il avqustun sonlarında Ermənistan silahlı qüvvələri ilə qeyri-bərabər döyüşlərdə Füzuli rayonu ilə birlikdə Horadiz qəsəbəsi də təcavüzkar tərəfindən işğal olunub, qəsəbə yerlə-yeksan edilib, evlər dağıdılıb, talan olunub, təsərrüfatlara böyük ziyan dəyib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını, horadizliləri və onun qəhrəman müdafiəçilərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın xahişi və tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Füzuli rayonunun bir çox yaşayış məntəqəsinin, eləcə də Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsinə zəmin yaranıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu əməliyyatda Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərib. Üzərində “Heydər Əliyev uğrunda” sözləri yazılmış tank və zirehli texnikalarla, artilleriya vasitələri ilə döyüş meydanlarına atılan igidlərdən neçəsi şəhid olsa da, əsgərlərimiz ruhdan düşməyib, döyüşçü yoldaşlarının intiqamını alaraq düşmənə tutarlı zərbələr vurublar. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etməyə cəhd göstərsə də, görünməmiş müqavimətlə qarşılaşaraq geri çəkilməyə məcbur ediliblər. Azərbaycan Ordusu dekabrın 15-də beş istiqamətdə hücuma keçərək düşmənin müdafiəsini dağıdıb, artilleriya atəşləri altında Füzuli rayonunun daxilinə doğru irəliləyib. 1994-cü il yanvarın əvvəlində artıq Horadiz də daxil olmaqla, iyirmi iki yaşayış məntəqəsi azad edilib və yüz hektarlarla ərazi tam nəzarətə götürülüb.

“Azad edildikdən sonra dövlət başçısının tapşırığına əsasən Horadizdə böyük canlanma və quruculuq işləri həyata keçirildi, Prezident İlham Əliyevin Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verildi. Düşmən tərəfindən dağıdılan şəhər bu gün özünün inkişaf dövrünü yaşayır. Horadiz şəhərinin qurulmasında, inkişafında əməyi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır”, - deyə A.Alıyev bildirib.

Tədbirdə iştirak edən ehtiyatda olan polkovnik Şair Ramaldanov və onunla birlikdə Horadizin azad olunmasında iştirak edən qəhrəman döyüşçülər meydana daxil olublar. Horadizin mərkəzindəki qəsəbə sovetinin binası üzərindən Ermənistan bayrağını çıxarıb yerinə Azərbaycanın üçrəngli bayrağını sancan tankçı Şakir Bayramovun həmin bayrağı mərasimə gətirməsini bütün tədbir iştirakçıları ayaq üstündə alqışlarla qarşılayıb və bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın, Füzuli və digər işğal altında olan torpaqlarda da dalğalanacağına əminliklərini bildiriblər.

Milli Məclisin sədr müavini Bahar Muradova horadizliləri, tədbir iştirakçılarını təbrik edərək deyib: “Horadizin düşmən işğalından azad olunması, yenidən qurulması, kül altından boy atması ulu öndər Heydər Əliyevin adı ilə, daha da çiçəklənməsi, tərəqqisi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin vəfatından sonra bütün bu quruculuq işləri Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Qısa bir zamanda Horadiz gündən-günə böyüyərək müasir bir şəhərə çevrilib. Horadiz bu gün dünyanın ən təmiz, ən gözəl, cazibədar, inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, erməni işğalı zamanı Horadiz şəhərində dağıdılmış evlərin bərpası, avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında və digər Prezident sərəncamları uğurla həyata keçirilib. Prezident 10 il ərzində Horadizə altı dəfə səfər edib. Bu səfərlər zamanı açılışı olan Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Horadiz tikiş fabriki, “Azərxalça” MMC-nin Horadiz filialı, şahmat məktəbi, Muğam Mərkəzi, Horadiz idman kompleksi, Horadiz dəmir yolu vağzalı, yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və sair obyektlər şəhərdə yaşayan, qurub-yaradan horadizlilərin xidmətindədir”.

Bahar Muradova qeyd edib ki, bütün bu uğurların qazanılmasında, Horadizin yenidən qurulmasında Azərbaycan Ordusunun xüsusi xidmətləri var. Çünki Azərbaycan Ordusu bu diyarın, bölgənin keşiyində həmişə ayıq-sayıq dayanıb və aprel döyüşləri zamanı qəhrəman Vətən övladlarını ilk döyüşə yola salan da horadizlilər olub. Xalqımıza qələbə sevinci yaşadan, Lələtəpə zirvəsini azad edən, min hektarlarla ərazini tam nəzarətə götürən Azərbaycan əsgərini və şəhid oğullarımızı ilk qarşılayan da Horadiz şəhəridir. Horadizlilər Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna həmişə minnətdardırlar və bu gün bu bölgədə ordu ilə xalqın birliyi daha möhtəşəmdir, daha möhkəmdir.

“Horadiz ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin ünvanıdır. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu və ulu öndər Heydər Əliyevin siyasətini görürük. Tədbirin təşkilatçıları Prezidentimizin bu sözlərini bir şüar kimi, deviz kimi götürüblər”, - deyə B.Muradova vurğulayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, bütün bu uğurların qazanılmasında Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun böyük rolu var. Onlar hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdirlər.

Elman Nəsirov Prezident İlham Əliyevin sentyabr ayında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında çıxışından sitat gətirərək deyib: “Ermənistan öz məkrli siyasətindən əl çəkməli, işğal etdiyi torpaqları azad etməlidir, yoxsa aprel döyüşləri yenidən təkrarlanacaq və düşmənə aprel döyüşlərində olduğundan da ağır zərbələr vurulacaq”.

Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev tədbir iştirakçılarını, bütün horadizliləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından təbrik edib. Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsində xüsusilə xidməti olan beş nəfər Horadiz sakininə müdafiə nazirinin adından mükafatlar təqdim olunub. General-mayor R.Əliyev qeyd edib ki, bu şəhər Ulu Öndərin yenidən həyata qaytardığı və Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunaraq gələcəyə doğru inamla irəliləyən bir şəhərdir. Cocuq Mərcanlıya gedən yollarda Böyük Qayıdışın ilk köçü də Horadizdən başlayıb. Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına və işğal altında olan digər torpaqlarımıza da qələbə yürüşü məhz Horadizdən başlanacaq. Bu bölgədə Azərbaycan Ordusunun mübariz hissələri yerləşir, maddi-texniki təminat, silahlanma yüksək səviyyədədir, ərazi etibarlı qorunur və Azərbaycan əsgəri digər torpaqlarımızı da azad etməyə hazırdır.

Horadizin azad olunmasında və müdafiəsində iştirak edən general-mayor Mayis Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, iki dəfə “Azərbaycan bayrağı” ordenli Şair Ramaldanov, eləcə də Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ziyalıları adından professor cərrah Müşfiq Həsənov çıxış edərək, Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyümüzü təmin etmək üçün hər an döyüşə hazır olduqlarını bildiriblər.

Sonda Horadiz şəhər ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxunub.

Tədbirdə Abdulla Qurbaninin nəfis şəkildə hazırladığı “Horadiz - timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini gördüyümüz şəhər” kitab-albomunun təqdimatı olub və mərasim iştirakçıları Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi “Horadiz şəhəri 10 ildə” foto-sərgisinə baxıblar.

Kütləvi vətənpərvərlik tədbiri Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifa etdiyi “Zəfər marşı”nın sədaları altında başa çatıb.

Emtv.az
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır
Ermənilərin dağıtdığı Horadiz bu gün inkişaf dövrünü yaşayır

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR