SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

FİFA futbol vətəndaşlığı ilə bağlı qaydalara yenidən baxacaq

20-10-2017, 17:44 | Oxunub: 831 |

FİFA futbol vətəndaşlığı ilə bağlı qaydalara yenidən baxacaq

FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik edilməsini nəzərdən keçirir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu baş verərsə, oyunçular müəyyən şərtlər daxilində çıxış etdikləri yığmanı dəyişə biləcəklər.

Bildirilir ki, bununla bağlı Kabo Verde Futbol Federasiyasının rəhbərliyi təşəbbüslə çıxış edib. Onlar dəyişikliyin yığmada bir və ya iki matç keçirən, lakin yenidən dəvət almaq üçün real perspektivi olmayan oyunçulara şamil edilməsini istəyiblər.

CONACAF-ın prezidenti, FİFA-da maraqlı tərəflərin komitəsinin rəhbəri Viktor Montalyani məsəslə ilə bağlı deyib ki, son illər çoxlu sayda problem meydana gəlib: “Dünya və onunla bərabər miqrasiya prosesi dəyişir. Oyuna təsir etməyəcək yeniliklərə baxmaq üçün münasib vaxt yetişib”.

Qeyd edək ki, hazırkı reqlamentə əsasən, bir milli komandanın heyətində rəsmi matç keçirən futbolçu gələcəkdə digərinin formasını geyinə bilməz.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR