SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası nəşrə hazırlanır

16-10-2017, 16:13 | Oxunub: 11 387 |

“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası nəşrə hazırlanır

Naxçıvanda Azərbaycan, rus və ingilis dillərində “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası nəşrə hazırlanır.

Emtv.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsində yaradılmış işçi qrupunun uğurlu fəaliyyəti nəticəsində ərsəyə gələn atlasın hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dədə Qorqudun alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramı”na əsasən qərara alınıb.

“Kitabi-Dədə Qorqud”la bağlı yeni atlasın redaksiya heyəti akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qədir Qədirzadə və Vəli Baxşəliyevdir. Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə və Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, Cəfər Əliyev, Fəxrəddin Eylazov da yeni atlasın tərtibçiləri sırasındadırlar.

“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası üzərində iş aparılarkən oğuzların təsərrüfat həyatı, maddi-mədəniyyəti və bunların Naxçıvandakı izləri xüsusilə diqqət mərkəzində olub. Atlasda, həmçinin dastanda işlədilən geyim və bəzək adları, oğuzların yemək və içki növləri, dastanda adıçəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və maldarlıq sahələri, oğuz elinin idarəçilik sistemi, ailənin idarə olunması və dini inanclar kimi məsələlərə də diqqət yetirilib.

Qeyd edək ki, ötən illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə nəşr edilən ikicildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində işıq üzü görən “Naxçıvan abidələri ensiklоpediyası”, üçcildlik “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvanın tarixi atlası”, üçcildlik “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, ikicildlik “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı” və digər əhəmiyyətli nəşrlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası da özünün elmi dəyəri ilə diqqəti cəlb edəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR