SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tələbələr arasında ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub

13-10-2017, 17:03 | Oxunub: 11 225 |

Tələbələr arasında ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub

Naxçıvandakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Yürüş məsafəsi Duzdağ Fizioterapiya Mərkəzinin yolunu əhatə edib.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş yürüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Birincilikdə 6 komandanın heyətində 60-a yaxın idmançı mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, qızların mübarizəsində qalib adını Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cansu Abbasova qazanıb. Həmin kollecin digər tələbəsi Telli Abbasova ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Dünya Əmrahlı isə üçüncü olub.

Oğlanların mübarizəsində finiş xəttinə ilk olaraq Naxçıvan Musiqi Kollecinin tələbəsi Kazım Quliyev çatıb. Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cavid Qasımov və Naxçıvan Musiqi Kollecinin tələbəsi Səfər Tağıyev qərarlaşıblar.

Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR