SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda ali təhsil ocaqları üçün yeni korpuslar inşa olunur

12-10-2017, 14:07 | Oxunub: 12 242 |

Naxçıvanda ali təhsil ocaqları üçün yeni  korpuslar inşa olunur

Naxçıvan Müəllimlər İnstitutunun binasında “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən aparılan əsaslı yenidənqurma işləri davam etdirilir. Yeni inşa olunan 6 mərtəbəli korpusda əsas işlər yekunlaşdırılıb.

Emtv.az xəbər verir ki, yeni korpusun zirzəmisində mətbəx, arxiv, idman zalı və bufet yerləşəcək. Burada rektor, müəllimlər otağı, 4 kompüter otağı, 5 kafedra, 24 auditoriya, kitabxana, oxu zalı, 160 yerlik iclas zalı, kurikulum mərkəzi istifadəyə veriləcək.

Əvvəlki korpusun və yeni inşa olunan binanın fasadı müasir memarlıq ənənələrinə uyğun olaraq dizayn edilir, burada daş üzləmə və boya işləri aparılır. İnşaat işlərində muxtar respublikanın tikinti materialları istehsal edən müəssisələrinin keyfiyyətli məhsullarından istifadəyə üstünlük verilib.

Tikintidə təhlükəsizlik qaydalarına da ciddi əməl edilir, işçilər bunun üçün lazım olan müxtəlif ləvazimatlarla mütəmadi təmin olunurlar. Obyektdə işlərin gedişatı onu deməyə əsas verir ki, gələcəyin pedaqoqlarını yetişdirən bu ali təhsil ocağı yaxın vaxtlarda istifadəyə veriləcək.

Həmçinin Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsi üçün də ikimərtəbəli müasir tədris korpusu inşa olunur. Burada 37 ədəd kompüterlə təchiz edilmiş kompüter otağı, 3 kafedra, 20 auditoriya, 4 elektron lövhəli otaq, 102 yerlik iki mühazirə otağı istifadəyə veriləcək. Müasir tədris və texnoloji avadanlıqlarla təchiz edilən bina pedaqoji heyətə yeni-yeni nailiyyətlər qazandıracaq.

Emtv.az
Naxçıvanda ali təhsil ocaqları üçün yeni  korpuslar inşa olunur

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR