SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-ın Türkiyədəki diplomatik korpusunun çevriliş cəhdi gecəsi FETÖ-çülərə dəstək verməsi video görüntüləri Ankaranın əlindədir – FETÖ-çülərə yanacaq yardımı edən ABŞ təyyarəsi, qərərgaha çevrilən ABŞ konsulluğu və daha nələr… (Özəl)

12-10-2017, 13:04 | Oxunub: 8 551 |

ABŞ-ın Türkiyədəki diplomatik korpusunun çevriliş cəhdi gecəsi FETÖ-çülərə dəstək verməsi video görüntüləri Ankaranın əlindədir – FETÖ-çülərə yanacaq yardımı edən ABŞ təyyarəsi, qərərgaha çevrilən ABŞ konsulluğu və daha nələr… (Özəl)

ABŞ-ın Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə dəstək verməsi bütün detalları ilə Ankaraya məlumdur.

Emtv.az xəbər verir ki, bu haqda Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan, qardaş ölkənin tanınmış jurnalistlərindən biri məlumat verib.

Jurnalistin dediyinə görə, ABŞ-ın Türkiyədəki diplomatik korpusu əməkdaşlarının çevriliş cəhdi gecəsi atdığı addımlar video görüntülərədək rəsmi Ankaranın əlindədir.

“ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğunun bəzi əməkdaşlarının çevriliş cəhdi gecəsi bu qanlı hadisəyə dəstək verməsi detalları ilə Türkiyə hökumətinə məlumdur. Hətta ABŞ diplomatik korpusunun Türkiyədə olan bəzi əməkdaşlarının çevriliş cəhdi gecəsi İncirlikdəki hərbi bazaya getmələri və çevriliş cəhdi baş tutmayınca, oranı xüsusi qapıdan çıxaraq tərk etmələrinin video görüntüləri rəsmi Ankaranın əlindədir.

Bundan başqa ABŞ diplomatlarının telefon danışıqları, İncirlikdəki hərəkətlilik, bu hərbi bazadan qalxan yanacaqdoldurma üçün nəzərdə tutulan təyyarənin havada olan FETÖ-çü hərbçilərin təyyarələrinə yanacaq verməsi kimi faktlar da detalları ilə Türkiyəyə məlumdur. Bununla yanaşı, çevriliş cəhdi gecəsi Yunanıstana qaçan türk təyyarəsinin içində ABŞ xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu haqda da şübhələr var. ABŞ-ın İstanbuldakı baş konsulluğunun çevriliş cəhdi gecəsi FETÖ-çü hərbçilərin qərərgahına çevrilməsi ilə bağlı konkret dəlillər mövcuddur.

ABŞ-ın Türkiyədəki diplomatik korpusunun çevriliş cəhdi gecəsi FETÖ-çülərə dəstək verməsi video görüntüləri Ankaranın əlindədir – FETÖ-çülərə yanacaq yardımı edən ABŞ təyyarəsi, qərərgaha çevrilən ABŞ konsulluğu və daha nələr… (Özəl)

Məhz bu səbəbdən də rəsmi Ankara İstanbuldakı ABŞ baş konsulluğunun türk olan bəzi əməkdaşlarını həbs etdi. Diplomatik qalmaqalın daha da gərginləşməməsi və xarici diplomatların həbsinin yolverilməz olduğu üçün Ankara çevriliş cəhdinə bulaşmış ABŞ diplomatlarını həbs edə bilmir. Lakin, köhnə səfir artıq Türkiyədəki xidmət müddətini başa vurub, ölkəsinə dönür. Gözlənilir ki, çevrilişdə adı keçən bəzi ABŞ diplomatları da onunla birgə ölkəni tərk etsinlər. Eyni zamanda İstanbuldakı baş konsulun da dəyişdiriləcəyi gözlənilir. Ancaq bu halda ABŞ-la Türkiyə arasındakı soyuq savaş mümkün qədər səngiyə bilər” deyə jurnalist qeyd edib.

ABŞ-ın Türkiyədəki diplomatik korpusunun çevriliş cəhdi gecəsi FETÖ-çülərə dəstək verməsi video görüntüləri Ankaranın əlindədir – FETÖ-çülərə yanacaq yardımı edən ABŞ təyyarəsi, qərərgaha çevrilən ABŞ konsulluğu və daha nələr… (Özəl)

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı baş konsulluğunun bəzi əməkdaşlarının həbsindən sonra, rəsmi Vaşinqton Ankaraya qarşı viza qadağası tətbiq edib. Ankara da buna eyniylə cavab verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR