SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər

9-10-2017, 14:58 | Oxunub: 7 886 |

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər

DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək.

Emtv.az apasport.az-a istinadən xəbər verir ki, seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib.

UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidi. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq.

Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AVRO-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.

Çünki mümkün olan ən zəif 15 rəqibi arxada qoymaq lazımdır. Seçmə mərhələ tam bitmədiyindən liqanın tərkibi rəsmiləşməyib. Amma Gürcüstan, Farer adaları, Makedoniya, Ermənistan, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, Kosovo, San Marino və Cəbəllütariq yeganə vəsiqə uğrunda mübarizədəki rəqiblərimizdir.

Daha bir komandanın kimliyinə seçmə mərhələnin son günləri aydınlıq gətirəcək. Bu yığma ya Belarus, ya da Litva olacaq. Əslində, sonuncuların C liqasındakı yerini belaruslulara verməsi o qədər də inandırıcı olmadığından məhz slavyanları mümkün rəqibimiz saymaq mümkündür.

Bir sözlə, artıq sonuncu liqada olduğu dəqiqləşən komandamızı indi yalnız püşk maraqlandırmalıdı. Püşkatma isə 2018-ci il yanvarın 24-də baş tutacaq. Tədbir İsveçrənin Lozanna şəhərində "SvissTech" Konfrans Mərkəzində təşkil olunacaq.

D liqasının 16 komandası səbətlərdəki mövqeyi nəzərə alınmaqla 4 qrupa bölünəcək. Mümkün rəqiblərimiz arasında Ermənistan yığması da var. Lakin UEFA qərarına görə, bu iki komanda eyni qrupda yer ala bilməz.

Amma liqa çempionluğu və AVRO-2020-yə vəsiqə üçün hər iki komanda sonadək mübarizə aparsa, yarımfinal və ya finaldakı duel qaçılmaz ola bilər. Yalnız qrup qaliblərinin yüksəldiyi və "dördlər finalı"nı xatırladan həlledici qarşılaşmalar 4 komandadan birinin meydanında keçiriləcək. Azərbaycanla Ermənistanın qrup 1-cisi olması isə yarımfinal və finalın digər iki ölkədən birinin meydanında təşkil olunması ilə nəticələnəcək.

İndiyədək iki ölkənin əsas yığmaları üz-üzə gəlməsə də, bu dəfə UEFA məcburiyyətlə üz-üzə qala bilər. Hərçənd, AVRO-2008-in seçmə mərhələsində eyni qrupa düşən yığmaların görüşləri baş tutmayandan sonra UEFA onları ayırmağa qərar vermişdi.

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları 2018-ci ilin sentyabr-noyabr, həlledici matçları 2019-cu ilin iyununda baş tutacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR