SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaranmasının 10-cu ildönümü qeyd edilib

6-10-2017, 18:54 | Oxunub: 20 751 |

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaranmasının 10-cu ildönümü qeyd edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

Emtv.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 5 oktyabr tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 10 ildə mühüm inkişaf yolu keçib. Muxtar respublikada insan hüquqlarının qorunması, o cümlədən saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir. Penitensiar Xidmət də bu məqsədlə – həm məhkumların reabilitasiyası və cəmiyyətə qovuşmasını asanlaşdırmaq, həm də onların ailələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Bu xidmətin yaradılması muxtar respublika əhalisi tərəfindən rəğbətlə qarşılanıb və məhkumların islah olunmasına müsbət təsir göstərib.

Qeyd olunub ki, Penitensiar Xidmət yarandıqdan sonra qısa müddətdə müasirtipli Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi tikilərək istifadəyə verilib, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, islaholma məsələləri, rejimə riayət olunma qaydaları diqqətdə saxlanıb. Xüsusilə məhkumların qidalanması, sağlamlığı və digər təminatları dövlət qayğısı ilə tam əhatə olunub. Nəticədə cəza hüquq siyasətinin düzgün həyata keçirilməsinə və səmərəli olmasına şərait yaranıb. Bu gün Penitensiar Xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, rejim və davranış qaydalarına əməl edilməsi, qanunsuz əşyaların ötürülməsinin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal iş aparılır. Həmçinin islah və tərbiyə işinin səmərəli olması, istehsalat sahəsinin genişləndirilməsi və məhkumların saxlanma şəraitinin daha da yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin əməkdaşlarının əməyinin qiymətləndirilməsinin də diqqət mərkəzində saxlanıldığını qeyd edən Cəlil Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının bir qrupunun təltif olunması bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, ədliyyə polkovniki Tofiq Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə insan hüquqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan Penitensiar Xidmətin təşkili muxtar respublikamızda cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərib, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə yeni penitensiar müəssisələr tikilib istifadəyə verilib. Bu gün məhkumların təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtlarının təşkili, onlara tibbi yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin istehsalat binasında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Bu günədək müəssisədə cəza çəkən məhkumlardan 107-si müxtəlif peşələr üzrə sertifikatlarla təmin olunub.

Tofiq Həsənov yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlıq edib.

Tədbirdə Penitensiar Xidmətin şöbə rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Xidmət İstintaq Təcridxanasının əməkdaşı, ədliyyə baş leytenantı İlham Yaqubov çıxış ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasında ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilən ədliyyə işçilərinə “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR