SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Fərhad Əliyev geri qayıdır - “Bir holdinq onun nəzarətinə keçəcək”

5-10-2017, 15:37 | Oxunub: 7 423 |

Fərhad Əliyev geri qayıdır - “Bir holdinq onun nəzarətinə keçəcək”

2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.

Emtv.az xəbər verir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.

Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.

Sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxladıq.

C.Həsənli saytımıza bildirdi ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.

Fərhad Əliyevlə bağlı Modern.az digər maraqlı bilgilər əldə edib.

Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.

Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. Hətta Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.

Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.


Emtv.az bildirir ki, modern.az daha sonra qeyd edir ki, hətta Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə "müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.

Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR