SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib

5-10-2017, 14:59 | Oxunub: 13 491 |

Naxçıvanda ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib. Müsabiqəyə Naxçıvan mətbəxinə xas müxtəlif növ şirniyyatlar təqdim edilib, paxlava, şəkərbura, şəkərçörək, qovut, şirin kətə, nabat, ovma kökələr hazırlanıb.

Emtv.az xəbər verir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva muxtar respublikamızda xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması sahəsində əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.

Vurğulanıb ki, qədim diyarın unudulmaqda olan milli mətbəx nümunələrini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan belə tədbirlər davamlı olaraq keçirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zəngin tarixini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxış edərək bildirib ki, münsiflər heyətinin qərarı ilə Kəngərli rayonunun qədim şirniyyat növü olan əyirdəyə görə Şövkət Əhmədova birinci, Ordubad paxlavasına görə Şərur rayonunun Ələkli kənd sakini Aynurə Salahova ikinci, cəvizli kökəyə görə Babək rayon sakini Həcər Musayeva üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Tədbir Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının çıxışı ilə davam edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR