SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nazirdən pensiyalarla bağlı açıqlama: İlin sonunadək…

5-10-2017, 13:52 | Oxunub: 6 605 |

 Nazirdən pensiyalarla bağlı açıqlama: İlin sonunadək…

Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq.

Emtv.az xəbər verir ki, bu barədə report-a açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib: “Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik”.

S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bur formada həyata keçirilir: “Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur.

Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb”.

Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb.

S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: “Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR