SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilən monoqrafiya maraqla qarşılanıb

4-10-2017, 14:40 | Oxunub: 12 124 |

Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilən monoqrafiya maraqla qarşılanıb

AMEA Naxçıvan Bölməsində Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” monoqrafiyasının təqdimatı olub.

Emtv.az xəbər verir ki, bölmənin informasiya şöbəsindən bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çoxsaylı tədqiqatların nəticəsini özündə əks etdirən yeni nəşrin Azərbaycan tarixşünaslığı üçün elmi əhəmiyyətindən söhbət açıb. O, Vidadi Muradov tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbinin, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin tədqiq və təhlil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, professorun Naxçıvan xalçaçılıq tarixi ilə bağlı tədqiqatları respublikamızın müxtəlif elmi jurnal və qəzetlərində işıq üzü görüb. Onun araşdırmaları, həmçinin Azərbaycan, ingilis, rus dillərində dərc edilən “Naxçıvan xalçaçıları” adlı kitabda, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” filmində əksini tapıb.

İsmayıl Hacıyev Naxçıvanda xalq yaradıcılığı - xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətinə görə Vidadi Muradovun Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2013-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görüldüyünü bildirib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilmiş qiymətli monoqrafiya” mövzusunda məruzəsi dinlənilib. İctimaiyyətə təqdim olunan yeni nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğu deyən alim monoqrafiyanın XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında sənətkarlığın və ticarətin tədqiqinə həsr olunduğunu bildirib. Qeyd edib ki, çoxsaylı arxiv materiallarının və 449 adda ədəbiyyat mənbələrinin istifadə olunduğu nəşrdə həmin dövrlərdə ticarətin və sənətkarlığın vəziyyətinə təsir göstərən bir sıra amillər, o cümlədən diyarın siyasi və sosial-iqtisadi vəziyyəti ilə bağlı araşdırmalar yer alıb.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Fizzə Quliyeva çıxış edərək, monoqrafiyanın Naxçıvanın sənətkarlıq və ticarət tarixi sahəsində məlumatları özündə cəmləşdirən dəyərli mənbə olduğunu vurğulayıblar.

Emtv.az
Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilən monoqrafiya maraqla qarşılanıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR