SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Beynəlxalq Həkimlər Günü qeyd edilib

4-10-2017, 14:27 | Oxunub: 12 283 |

 Naxçıvanda Beynəlxalq Həkimlər Günü qeyd edilib

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Beynəlxalq Həkimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxışında dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsinin Beynəlxalq Həkimlər Günü kimi qeyd olunduğunu bildirib.

Vurğulanıb ki, bu günün qeyd olunmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları dünyanın bəzi bölgələrində milli və dini mənsubiyyətinə fərq qoymadan insanlara tibbi yardım göstərir. Həmçinin könüllülər təşkilatı QİÇS və narkomaniya ilə mübarizəyə yönəlmiş profilaktik və maarifləndirmə işi ilə məşğuldur.

Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin dünəni və bu günü”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Təcili, təxirəsalınmaz planlı tibbi yardım şöbəsinin müdiri Pəri Əliyeva “Səhiyyə müəssisələri əhalinin sağlamlığının etibarlı təminatçısıdır” mövzularında məruzələr ediblər.

Qeyd olunub ki, muxtar respublikanın tibb işçiləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.

Əmək fəaliyyətində xidmət və uğurlarına görə 6 tibb işçisinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR